Bulqurlu kartof çanağıbackend

Bulqurlu kartof çanağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 st. bulqur
1 st. qaynar su
2 ədəd suda bişirilmiş kartof
1 ç.q. tomat pastasır pastası
½ dəstə xırdalanmış cəfəri
2-3 x.q zeytun yağı
2 ədəd xiyar
1 st. süzmə qatıq
2 diş döyülmüş sarımsaq
Şüyüd
Hazırlanması:
Bulqura qaynar su tökün, üzərini qapaqla bağlayıb 10 dəq. şişməsini gözləyin.
Daha sonra üzərinə rəndədən kartofu keçirin, cəfəri, tomat və bibər pastası, yağ, duz, istiot, pul bibəri qatıb yaxşıca yoğurun. Bulqurlu qarışıqdan naringi boyda toplar hazırlayın. Servis qabına yerləşdirin, ortasını barmağınızla oyaraq çanaq şəkli verin.
Xiyarı rəndələyin, suyunu süzün. Süzmə qatığı, xiyarı və sarımsağı qarışdırıb “çanağların” içərisinə doldurun. Üzərinə şüyüd yarpağları qoyub servis edin.

İnterpress.az