Ətli səbətbackend

Ətli səbət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
150 qr can əti
50 qr göbələk
½ ədəd baş soğan
30 qr qırmızı kələm
30 qr ağ kələm
50 ml zeytun yağı
30 qr nar dənəsi
2 ədəd lavaş
1 ədəd yumurta
Duz, istiot
Hazırlanması:
Can əti döyülüb samanvarı doğranır.
Üzərinə duz, istiot səpilib yağda qızardılır.
Soğan və göbələk xırda doğranır, ətə qatılıb qovrulur.
Lavaşın kənarları kəsilib səbət düzəldilir.
Qovrulmuş ət qarışığı lavaşın içərisinə yığılıb, üstünə yumurta çırpılır.
Ətli səbət 160 dərəcəyədək qızdırılmış sobada 10 dəqiqə bişirilir.
Kələm samanvarı doğranır.
Üzərinə zeytun yağı, nar dənələri, duz və istiot əlavə olunub qarışdırılır.
Salat ətli səbətin yanına yerləşdirilib süfrəyə verilir.


İnterpress.az