Tərkib:
150 qr toyuq filesi
20 qr göyərti qarışığı
1 ədəd çerri pomidoru
1 ədəd kartof
5 qr çili sousu
40 qr kərə yağı
Zeytun yağı
Duz, istiot
Göbələkli sous üçün:
30-40 qr göbələk
100 ml qaymaq
15 ml toyuq bulyonu
1 ədəd qırmızı soğan
Duz, istiot
Hazırlanması:
Bütöv toyuq filesinin üzərinə duz, istiot və çili sousu əlavə edilib zeytun yağında bir qədər qızardılır.
Qızarmış toyuq filesi tavadan çıxarılır, halqavarı doğranıb təkrar qızardılır.
Kartof yarımhalqa doğranır, kərə yağında qızardılır.
Üzərinə duz və istiot səpilir.
Göbələkli sousun hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır.
Üzərinə xırda doğranmış göbələk əlavə edilib qovrulur.
Qarışığın üzərinə qaymaq və bulyon tökülür.
Sousun üzərinə duz və istiot səpilir, qarışdırılıb odun üzərindən götürülür.
Qızarmış toyuq filesi və kartof boşqaba düzülür, üzərinə sous gəzdirilir.
Souslu toyuq filesi göyərti qarışığı və ikiyə bölünmüş pomidorla süfrəyə verilir.
İnterpress.az