Tərkib:
5 st. uzun düyü
500 qr qoyun əti
5-6 x.q. əridilmiş kərə yağı
2 ədəd baş soğan
7-8 ədəd albuxara
1 dəstə quzu qulağı
1 dəstə göy soğan
3 dəstə kəvər
1 dəstə keşniş
1 dəstə şüyüd
1 x.q. zəfəran
2 x.q. abqora
Duz, istiot
Hazırlanması:
Düyü yuyulub suda saxlanır.
Zəfəranın üstünə qaynar su tökülüb dəmlənir.
Qoyun əti balaca hissələrə bölünüb yuyulur.
Üzərinə su tökülüb qaynadılır.
Bişənə yaxın üzərinə duz tökülür.
Bişmiş ət yağda qovrulur.
Soğan uzunsov doğranıb qızılı rəng alanadək yağda qızardılır.
Qızarmış soğan ətin üzərinə əlavə edilib qarışdırılır.
Üzərinə albuxara, 1 x.q. zəfəran dəmləməsi, duz və istiot əlavə olunub qarışdırılır.
Göyərti yuyulur, xırda doğranıb qovurmanın üzərinə əlavə edilir.
Qovurmaya ½ st. ətin bulyon qatılıb bişirilir.
Düyü duzlu qaynayan suda yarım hazır vəziyyətdə bişirilir.
Düyü süzülür, üzərinə zəfəran dəmləməsi gəzdirilir.
Qazanın dibinə yağ tökülüb yayılır.
Üzərinə düyü əlavə edilib dəmə qoyulur.
Hazır səbzi qovurma dəmlənmiş düyünün üzərinə qoyulub süfrəyə verilir.
Interpress.az