Ukrayna müharibəni bitirməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski deyib ki, ölkəsi yenidən müharibəni başa çatdırmağa hazırdır.
O qeyd edib ki, ABŞ prezidenti ilə görüş keçirilib və razılığa gəlinib ki, mövcud cəbhə xətti üzrə dialoq təşkil olunmağa çalışılacaq.
Zelenski əlavə edib ki, prezident Tramp bu mesajı komandasına ötürüb və bunu ictimaiyyətə də açıqlayıb.
Prezidentin sözlərinə görə, cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






