Tərkib:
300 qr qiymə
1 ədəd baş soğan
3 diş sarımsaq
1 ədəd yumurta
3 x.q. qaleta unu
1 kq badımcan
2 ədəd pomidor
2 ədəd bibər
1 x.q. tomat pastası
Zeytun yağı
1,5 st. Su
Kəklikotu, duz, istiot, pul bibər
Hazırlanması:
Qiymənin üzərinə rəndələnmiş soğan, sarımsaq, yumurta, qaleta unu, kəklikotu, duz, istiot və pul bibər əlavə edib yoğurun.
Badımcanı ara-sıra soyub uzunsov dilimləyin, bir qədər duzlu suda saxlayın.
Qiymədən yastı şəkildə küftələr hazırlayıb yağda qızardın.
Badımcan laylarını çarpaz şəkildə üst-üstə qoyub üzərinə küftə yerləşdirin.
Daha sonra badımcan laylarını küftənin üzərində birləşdirin.
Üzərinə bir dilim pomidor, bibər qoyub, diş çöpü batırıb yağlı formaya düzün.
Tomat pastası, isti su və ədviyyatları qarışdırıb kababın üzərinə gəzdirin.
200 dərəcəlik sobada 30-35 dəq. bişirin.
İnterpress.az