Fransada daha bir muzey QARƏT EDİLDİbackend

Fransada daha bir muzey QARƏT EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada daha bir muzey qarət edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Naməlum şəxslər Luvrdakı oğurluqdan bir neçə saat sonra Yuxarı Marn departamentinin Lanqres şəhərində fransız yazıçısı və filosofunun adını daşıyan Maison de l’Enlightenment Denis Didro muzeyini qarət ediblər.

18-19-cu əsrlər arasında zərb edilmiş qızıl və gümüş sikkələr kolleksiyası oğurlanıb.

Oğruların muzeyə oktyabrın 19-dan 20-nə keçən gecə daxil olduğu bildirilir. Giriş qapısı sındırılıb, vitrin dağıdılıb.

Fransa Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin dərhal artırılmasını elan edib.

Daha əvvəl mediada Luvrdakı soyğundan dəymiş ziyanın 88 milyon avro olduğu bildirilirdi.

Xuraman Etibarlı

İnterpress.az