Gürcüstan parlamentinin spikeri Aİ-ni “daxili terrorçuları” dəstəkləməkdə İTTİHAM ETDİbackend

Gürcüstan parlamentinin spikeri Aİ-ni “daxili terrorçuları” dəstəkləməkdə İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin spikeri Aİ-ni “daxili terrorçuları” dəstəkləməkdə ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili X hesabında yazıb.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqını ölkədəki “daxili terrorçulara” dəstək verməkdə günahlandırıb.

Onun sözlərinə görə, Aİ-nin Tbilisidəki səfirliyi 4 oktyabrda prezident sarayını ələ keçirməyə cəhd göstərilməzdən bir neçə gün əvvəl keçənilki kütləvi iğtişaşların təşkilatçılarından biri olan və hazırda həbsdə olan Tsetsxladze adlı şəxsə məktubla dəstək göndərib.

Papuaşvili sosial şəbəkədə Tsetsxladzenin iğtişaşlara çağırış etdiyi videonu paylaşaraq bildirib ki, “Aİ nümayəndəsi küçə döyüşlərini planlaşdıran biri ilə yazışır”.

“Əvvəldən aydın idi ki, Brüsselin anti-Gürcüstan siyasəti nəhayət daxili terrorçuların dəstəyinə qədər gedib çıxacaq. Biz buna açıq gözlə baxmalıyıq,” –  spiker bildirib.

Xuraman Etibarlı

İnterpress.az