Dırnaqları güvvətləndirir
İstifadə etdiyimiz dırnaq boyaları və aseton dirnaqlarımızı gücsüzləşdirir. 1 x.q. zeytun yağına bir necə damcı limon suyu əlavə edib qarışdırın. Bu qarışığı dirnaqlarınıza və əllərinizə çəkin. Bunu ən yaxşısı gecə yatarkən edin və əlcək geyinin. Səhər oyananda elləriniz yumşaq, dırnaqlarınız isə güclənmiş olacaq.
Quru cildə faydalıdır
Saç dərinizdən dodağlarınıza, dizlərinizdən dirsəklərinizə qədər limonun yaşaddığı möcüzələrə heyran qalacaqsınız. Saç dərisi üçün limon suyu, bal, zeytun yağı və hindistan cevizini qarışdırın, saç diblərinə çəkin. 10 dəq. saxlayıb yuyun. Daha yumşaq cild üçünsə bir parça limonu yatmadan öncə cildin quru bölgələrinə sürtün, səhər oyandıqda yuyun..
Akneye yaxşı gəlir
Sitrus meyvələri dəridə olan problemlərə yaxşı gəlir. Yarım limonu akneli bölgələrə vurun.
Dişləri ağardır
Bahalı diş məcunlarının yerinə limona üstünlük verin. Limon suyunu və çay sodasını qarışdırıb dişlərinizi təmizləyin.
Cildi təravətli edir
Solmuş və ləkəli bir cildiniz varsa , limonu təbii parıldıyıcı kimi istifadə edin. Sabahları üzünüzü limonlu su ilə yuyun.
Yağlı cildə və qara nöqtələrə son
Limon cildinizdəki yağı özünə çəkir. Bir parça pambığa bir necə damcı limon suyu sıxın və yatmadan öncə tonik kimi istifadə edin. Qara nöqtələr üçünsə, yarım limon suyunu bal ilə qarışdırıb, qara nögtələri silin. 5 dəq. saxlayıb soyuq su ilə yuyun.
Saç rəngini açar
Saç renginizi açmaq üçün boya ve ya kosmetik vəsaitlərin əvəzinə təbii yolları seçin. Limon suyunu saç üçün spreyə damcıladın və saçlarınıza püskürdün.
İnterpress.az