BOK İndoneziya ilə Olimpiada danışıqlarını dayandırıb.
İnterpress.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) İndoneziya ilə 2036-cı il Yay Olimpiya Oyunlarının keçirilməsi barədə danışıqları dayandırıb və ölkəyə beynəlxalq yarışların təşkilini tövsiyə etməməyi qərara alıb.
Bu qərarın səbəbi kimi, İndoneziya hökumətinin Cakartada keçiriləcək dünya çempionatında iştirak etməli olan israilli gimnastlara viza verməməsi göstərilir.
Xuraman Etibarlı
İnterpress.az






