Rusiyada saxlanılan fransız velosipedçi AZADLIĞA BURAXILDI – FOTObackend

Rusiyada saxlanılan fransız velosipedçi AZADLIĞA BURAXILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada saxlanılan fransız velosipedçi azadlığa buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sentyabr ayında Vladivostokda saxlanılan fransız velosipedçi Sofian Səhili azadlığa buraxılıb.

Primorye məhkəməsi onu Rusiya sərhədini qanunsuz keçməkdə təqsirli bilib və 50 min rubl (təxm. 1 035 man) məbləğində cərimə ilə cəzalandırıb.

Məhkəmənin qərarına əsasən, Səhili həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzadan azad edilib.

Xuraman Etibarlı

İnterpress.az