Təhlükəsizlik Komitəsi: İşçi miqrantlar terrorçuların əsas hədəfidirbackend

Təhlükəsizlik Komitəsi: İşçi miqrantlar terrorçuların əsas hədəfidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB ölkələrində terrorçular getdikcə daha çox əməkçi miqrantları cəlb edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Yatimov Düşənbədə keçirilən III MDB Konfransında çıxışında bildirib.

O deyib ki, terror və ekstremist təşkilatlar MDB ölkələrində işçi mühacirləri sosial baxımdan ən həssas qrup kimi görür və onları radikal ideologiyalara cəlb etməyə çalışır.

“Son illərdə beynəlxalq terror təşkilatları region dövlətlərində “yatmış hüceyrələr” formalaşdırıb. Bu qruplar regionda vəziyyəti destabilizasiya etmək məqsədilə aktivləşirlər”, – Yatimov vurğulayıb.

O əlavə edib ki, işçi mühacirlər ekstremistlərin əsas hədəfidir və onlar radikal ideologiyaların yayılmasında, İslamın siyasi istiqamətdə təqdim olunmasında ən həssas kateqoriyadırlar.

Xuraman Etibarlı

İnterpress.az