Rusiyanın Rumıniyadakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Buxarestdə 53 yaşlı sürücü Boqdan Metuşoyu Rusiya səfirliyinin qapılarını maşınla sındırmağa cəhd edib.
Yerli jandarma bildirib ki, sürücü dövlət təhlükəsizlik əməkdaşları tərəfindən dayandırılıb.
Sürücünün qanında iki psixotrop maddənin izlərinə rast gəlinib.
Hadisə zamanı heç kim xəsarət almayıb, səfirlik binasına ziyan dəyməyib və təhlükəsizlik üçün heç bir risk yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






