Yeniyetmələrin davasına müdaxilə etməyən müəllim İŞDƏN QOVULDU – VİDEObackend

Yeniyetmələrin davasına müdaxilə etməyən müəllim İŞDƏN QOVULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan kəndində yeniyetmələrin davasına müdaxilə etməyən müəllim işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə dünən baş verib: iki yeniyetmə arasında mübahisə yaranıb, onlardan birini müdafiə etmək üçün Xasavyurtdan onun böyük qardaşı gəlib.

O da bir neçə il əvvəl 9-cu sinifdən sonra həmin məktəbi tərk etmişdi. Gənc oğlan qarşı tərəfi sərt şəkildə döyüb və təpiklə vurub.

İlkin məlumata görə, bütün bu hadisəni ibtidai sinif müəllimi videoya çəkib — o, məktəbdə sentyabrın əvvəlində işə qəbul olunmuşdu, lakin artıq işdən azad edilib.

Hadisədən sonra həm valideynlərlə, həm də şagirdlərlə profilaktik söhbət aparılıb.

Xuraman Etibarlı

İnterpress.az