Luvr oğrularının istifadə etdiyi lifti istehsalçı reklama ÇEVİRDİ – FOTO/VİDEObackend

Luvr oğrularının istifadə etdiyi lifti istehsalçı reklama ÇEVİRDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luvr oğrularının istifadə etdiyi lift alman şirkətinə məxsusdur. Şirkət hadisəni piarya çevirib.

İnterpress.az xəbər verir ki, bu barədə”Bild” məlumat yayıb.

Luvrun oğurlanmasında istifadə olunan yükqaldıran liftin Almaniyanın Böcker Maschinenwerke şirkətinə məxsus olduğu məlum olub.

Şirkətin rəhbəri Yuliya Şarvatç nəşrə bildirib ki, xəbəri qəzetdən oxuyarkən ekranda öz avadanlıqlarını tanıyıblar.

“Əvvəlcə şok keçirdik, sonra isə zarafatla düşündük – bəlkə bunu sosial şəbəkə postuna çevirək”, – o qeyd edib.

Şirkət sonradan sosial mediada Luvr qarşısındakı yükqaldıran liftin fotosunu paylaşaraq yazıb:

“Böcker — mənim yuxarı qalxma yolum. Hər şeyi tez etmək lazım olanda.”

Bu “qara yumor” paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az