Gürcüstanda narkoşəbəkə AŞKARLANDI: 30 milyon dollarlıq narkotik ƏLƏ KEÇİRİLDİ – VİDEObackend

Gürcüstanda narkoşəbəkə AŞKARLANDI: 30 milyon dollarlıq narkotik ƏLƏ KEÇİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 80 milyon larilik narkotik əməliyyatı aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi 80 milyon lari (təxminən 30 milyon dollar) dəyərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin üstünü açıb.

Gürcüstan Daxili İşlər Nazirliyi 250 kq heroinlə bağlı qanunsuz narkotik gətirilməsi faktını aşkarlayıb.

İki əvvəllər məhkum olunmuş şəxs yük maşınına gizlədilmiş narkotik vasitələri “Qırmızı Körpü” keçid məntəqəsini keçərək Gürcüstana gətiriblər.

Həbs olunan şəxslər 20 ilədək həbs və ya ömürlük cəza ilə üzləşə bilərlər.

Xuraman Etibarlı

İnterpress.az