Çin və Rusiya Amerikanın İT sektorunda “seksual müharibə”ə aparır – “The Times”backend

Çin və Rusiya Amerikanın İT sektorunda “seksual müharibə”ə aparır – “The Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Rusiya Amerikanın İT sektoruna qarşı “seksual müharibə”yə başlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Qəzet xəbər verir ki, Çin və Rusiya ABŞ-nin IT sektorunda hərbi və gizli məlumatlara çıxış əldə etmək üçün “seksual casusluq” aparır.

Mənbələrin bildirdiyinə görə, yüzlərlə cazibədar rus və çinli qadın proqramçılarla yaxın münasibətlər quraraq onların işlə bağlı məlumatlarını ələ keçirir.

Bəziləri hətta ailə qurur və uşaq dünyaya gətirərək bu hekayəni möhkəmləndirir.

ABŞ-nin müdafiə sektoru ilə bağlı layihələrdə çalışan proqramçılar Asiyalı qadınlardan gələn mesajların kəskin artdığını qeyd edirlər.

Analitik Ceyms Malveno (Pamir Consulting) bildirib ki, onun LinkedIn hesabına cazibədar çinli qadınlar əlavə olunmaq üçün tez-tez müraciət edirlər.

Qeyd olunub ki, qeydiyyatsız iştirakçılar hərbi konfranslara daxil olmaq üçün məlumatları istifadə edirlər.

Casusluq fəaliyyətləri isə yalnız “seks agentləri” vasitəsilə deyil, həmçinin investorlar, analitiklər və alimlər vasitəsilə də həyata keçirilir.

İsrail və ABŞ kimi ölkələrdə bu halların artması kiber və informasiya təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az