SDQ Hələbin şərqində İŞİD liderini HƏBS ETDİ – VİDEObackend

SDQ Hələbin şərqində İŞİD liderini HƏBS ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SDQ Hələbin şərqində İŞİD liderini həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

“Suriya Demokratik Qüvvələri” (SDF) Hələbin şərqindəki Maskana şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD lideri Əhməd Xalaf əl-Hüseynini həbs edib.

Rəsmi açıqlamaya görə, o, mülki və hərbi hədəflərə hücum üçün minaya qoyulmuş avtomobillərin hazırlanması üçün avadanlıq və material təmin edən qrupun rəhbəri olub.

SDF 2015-ci ildə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya dəstəyi ilə yaradılmış kürd hərbi alyansıdır.

Alyansın əsasını Şimali-Şərqi Suriyada fəaliyyət göstərən YPG təşkilatı təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az