Gözəl və baxımlı əllər hər bir qadının sahib olacağı bir özəllikdir. Kişilər birlikdə olduqları qadının əllərinə xüsüsi qayğı və qulluq göstərməsini çox xoşlayırlar.
Əllərimiz – haqqımızda bir çox şeylər söyləyir. Həyatımızı necə yaşadığımızı, vucudumuzu sevib-sevmədiyimizi və hətta hansı işdə çalışığımızı da.
Əllərimiz bizimlə bərabər yaşlanır, ancaq baxımlı əllər hər zaman ətrafımızdaki insanların diqqətini çəkir.
Əyin-baş, ayaqqabı seçərkən göstərdiyiniz diqqəti əllərinizədə göstərin. Çünki baxımsız əllər ilə nə geyinirsiniz geyinin, yenədə diqqəti çəkməyəcəksiniz.
Əllərinizə qulluq etməyi bacarın. Necə?
Əlləriniz siz danışarkən, nəyisə başa salarkən istifadə etdiyiniz yeğanə vasitədir. Ancaq siz onların nə gədər önəmli olduğunu hiss etmirsiniz. Əl ilə görüşmək, yemək hazırlamaq, saçlarınızın qayğısına qalmaq, hissetmək, toxunmaq, çalışmaq və yazı yazmaq. Əlləriniz olmadan bunları necə edərdiniz?
Buna görə əllərinizi qorumamağa haqqınız yoxdur.
Ağlınızda hər zaman qalan 8 ipucu:
Əllərinizin dərisi çox həssasdır, onu qoruyun.
Cildinizə uyğun losyonla gündə 3-4 dəfə əllərinizi nəmləndirin.
Üzünüz üçün istifadə etdiyiniz gecə kremini yatmadan öncə əllərinizə də çəkin.
Ev işləri gördükdə əlcəkdən istifadə etməyi unutmayın. Çünki istifadə etdiyiniz yuyucu və təmizləyici vasitələr çox ziyanlıdır.
Əllərinizi həm günəşdən həmdə quru havadan qoruyun.
Əllərinizin çatlamasına izin verməyin.
Gündəlik nəmləndirici və qoruyucu kremlərdən istifadə etməyi unutmayın.
Bu qədər böyük bir önəmə sahib olan əllərimizə qayğı və diqqət göstərmək üçün ən vacibi onlara yaxşı baxmaqdır.
Unutmayın ki, əllərimiz hər zaman göz önündə.
İnterpress.az