Britaniyada sığınacaq alan şəxs otel əməkdaşını QƏTLƏ YETİRDİbackend

Britaniyada sığınacaq alan şəxs otel əməkdaşını QƏTLƏ YETİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada sığınacaq alan şəxs otel əməkdaşını qətlə yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məluat yayıb.

Böyük Britaniyanın Uolsol şəhərində sığınacaq axtaran 19 yaşlı Sudan vətəndaşı Dan Çol Macek “Park Inn” otelinin əməkdaşını 23 bıçaq zərbəsi ilə qətlə yetirib.

Otel qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün ayrılmışdı.

Qətli törətdikdən sonra o, spirtli içki alaraq digər sığınacaq axtaranlarla birlikdə rəqs edib.

İstintaq zamanı müəyyən olunub ki, o, hadisədən əvvəl üç qadını zorlamaya cəhd göstərib və peşmanlıq ifadə etməyib.

Xuraman Etibarlı

İnterpress.az