Sankt-Peterburqda adam oğurluğu ilə məşğul olan dəstə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqda bir dəstə adam oğurluğu ilə bağlı saxlanılıb. Onlar Dövlət Duması deputatının kürəkənindən pul tələb edir və “Zenit” futbolçusunu qaçırmağa cəhd göstərirdilər.
Məlumata görə, cinayətkar qrup iş adamı Sergey S.-yə hücum edərək onu “Land Cruiser” markalı avtomobilə mindirib, əlini qandallayıb və 10 milyon rubl tələb edib. Zərərçəkən yalnız 210 min rubl ödədikdən sonra azad edilib.
Dəstə üzvləri qısa müddət sonra saxlanılıb. Məlum olub ki, onlar eyni sxemlə “Zenit” klubunun futbolçusu Andrey Mostovoyu da oğurlamağa cəhd göstəriblər.
Faktla bağlı adam oğurluğu və quldurluq maddələri üzrə cinayət işi açılıb, istintaq davam edir.

Xuraman Etibarlı
İnterpress.az






