Türkiyə Silahlı Qüvvələrində FETÖ-yə qarşı ƏMƏLİYYAT – 20 nəfər SAXLANILDIbackend

Türkiyə Silahlı Qüvvələrində FETÖ-yə qarşı ƏMƏLİYYAT – 20 nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrində FETÖ-yə qarşı əməliyyat keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türkiyənin 9 vilayətində, mərkəzi Konya olmaqla, Silahlı Qüvvələrdə FETÖ-nün gizli strukturlarına qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb, daha 5 şübhəlinin axtarışları davam edir.

Xatırladaq ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin ardından FETÖ Türkiyədə, eləcə də Körfəz ölkələrində və Pakistanda terror təşkilatı kimi tanınıb.

2024-cü il oktyabrın 20-də təşkilatın rəhbəri Fətullah Gülən ABŞ-da xəstəxanada vəfat edib.

Xuraman Etibarlı

İnterpress.az