Dünən Livanın cənubunda adi kəşfiyyat və patrul əməliyyatı zamanı IDF-nin pilotsuz təyyarəsi vurulub.
İnterpress.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (İMO) ərəb dilindəki rəsmi nümayəndəsi, polkovnik Avihay Adrai açıqlama yayıb.
Bildirilib ki, İMO-ya məxsus pilotsuz uçuş aparatı dünən Livanın cənubundakı Kfar Kila kəndi yaxınlığında adi kəşfiyyat və patrul uçuşu zamanı vurulub.
İlkin araşdırmalara görə, bölgədə yerləşən BMT-nin sülhməramlı qüvvələri – UNIFIL hərbçiləri drona məqsədli şəkildə atəş açıblar, baxmayaraq ki, aparat hər hansı təhlükə yaratmayıb.
Hadisədən sonra İsrail qüvvələri dronun vurulduğu əraziyə qumbara atıblar.
Ordudan verilən açıqlamada qeyd olunub ki, UNIFIL qüvvələri istiqamətinə atəş açılmayıb və insident hərbi kanallar vasitəsilə araşdırılmağa davam edir.
Xuraman Etibarlı
İnterpress.az






