İsrail-Argentina münasibətləri: Saar prezident Mileyi TƏBRİK ETDİbackend

İsrail-Argentina münasibətləri: Saar prezident Mileyi TƏBRİK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Argentinayla əməkdaşlığın dərinləşəcəyini gözləyir.

İnterpress.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Saar Argentinanın prezidenti  Xavyer Mileyi partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.

Məktubda İsrail-Argentina münasibətlərinin dərinləşməsi gözlənildiyi bildirilib.

26 oktyabrda Argentinada parlament seçkiləri keçirilib. Səsvermənin 90%-dən çoxu hesablandıqdan sonra Mileyin “Azadlıq irəliləyir” partiyası 40%-dən çox səs toplayaraq qələbə qazanıb, həmçinin Buenos-Ayres və Kordova, Santa-Fe vilayətlərində üstünlük əldə edib.

ABŞ prezidenti Donald Tramp da argentinalı həmkarını qələbə münasibətilə təbrik edib.

Xuraman Etibarlı

İnterpress.az