Kaliforniyada azyaşlı qaradərili oğlani alt paltarından silah düşdüyü üçün güllələnib.
İnterpress.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında polis tərəfindən dayandırılan bir avtomobilin sərnişini öldürülüb.
Polis izahatına görə, gənc sərnişinin üstündəki silah avtomobilin yoxlanması zamanı yerə düşüb və insident nəticəsində polis atəş açıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, polis insidentləri ABŞ-da geniş ictimai müzakirələrə səbəb olur və hüquq-mühafizə orqanlarının əməliyyat qaydaları diqqətlə araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






