Putin Ağ Evin Ukraynadakı müharibəyə son qoymaq üçün təklif etdiyi konsepsiyanı qəbul etməyə hazırdır.
İnterpress.az xəbər verir ki bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov deyib ki, prezident Vladimir Putin ABŞ tərəfindən irəli sürülən Ukraynada müharibənin başa çatdırılması konsepsiyasını qəbul etməyə hazırdır.
Lavrovun sözlərinə görə, ABŞ-nin təklifi əsasən döyüş xətti boyunca “donma”nı nəzərdə tutur və hələlik Vaşinqtondan birbaşa cavab gəlməyib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, artıq səkkiz münaqişəni həll edib və doqquzuncu müharibə yaxınlaşır.
“İnanıram ki, bu, Rusiya ilə Ukrayna arasındakı müharibədə baş verəcək”, – Tramp vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






