Rusiyada Ka-52 hücum vertolyotu qəzaya uğrayıb və heyət həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın “Ka-52” tipli döyüş helikopteri qəzaya düşüb, nəticədə ekipaj üzvləri həlak olub.
Qiyməti təxminən 16 milyon dollar olan bu model ordunun ən bahalı və texnoloji helikopterlərindən sayılır.
“Ka-52” həm gündüz, həm də gecə əməliyyat aparmaq qabiliyyətinə malik olsa da, qəza zamanı katapult sistemi belə pilotları xilas edə bilməyib.
Xuraman Etibarlı
İnterpress.az






