Limon souslu Sibas balığıbackend

Limon souslu Sibas balığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

200 qr Sibas (file)
10 qr rozmarin
30 qr kərə yağı
40 ml bitki yağı
2 ədəd qulançar
2 ədəd kartof
Duz, istiot
Sous üçün:
½ ədəd limon
70 ml zeytun yağı
2 ədəd yumurta sarısı
Duz, istiot
Hazırlanması:
Balığın üzərinə duz, istiot səpilib hər iki üzü bitki yağında qızardılır.
Eyni tavada qulançar qızardılır.
Kartof suda bişirilir.
Qabığı soyulub halqavarı doğranır.
Üzərinə rozmarin, duz və istiot səpilib kərə yağında qızardılır.
Sousun hazırlanması:
Yumurta sarısının üzərinə limon sıxılıb mikserlə çırpılır.
Üzərinə zeytun yağı əlavə edilir, duz və istiot səpilib qarışdırılır.
Servis qabına sous tökülüb üzərinə balıq tikələri yığılır.
Boşqabın kənarına qulançar və kartof qoyulub süfrəyə verilir.

Limon souslu Sibas balığı

İnterpress.az