Ukrayna yalnız cəbhə xətti boyunca atəşkəsə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski deyib ki, Kiyev yalnız hazırkı mövqelər – ordunun dayanmış olduğu cəbhə xətti üzrə atəşkəsə razıdır.
O vurğulayıb ki, Ukrayna qüvvələri heç bir ərazidən geri çəkilməyəcək.
Zelenski həmçinin Avropa liderləri ilə birgə bəyanatda münaqişənin mövcud təmas xətti üzrə dayandırılmasına çağırıb.
Rusiya tərəfi isə danışıqlar prosesində irəliləyiş olmadığını açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az





