Soğan
Soğanın qabığı çox yaxşı dezinfeksiya edicidir. Xüsusilə dırnaq göbələyi əleyhinə əl və ayaq baxımı üçün çox faydalıdır. Qabıqların qaynadıldığı suda əl və ayaqların bir müddət saxlanılması göbələklərin aradan qaldırılmasında təsirli olur. Bundan başqa, qabıqları sıyıq halına gətirib döyənəklərin üzərinə qoyulsa, onları təmizləyər.
Alma
Almanın qabığı kaliumla zəngindir. Həzm sisteminə kömək edir. Qəbizliyi aradan qaldırır. Xolesterolu aşağı salır. Dişləri təmizləyir. Diş ətləri üçün faydalıdır.
Zoğal
Zoğalın qabığı ishalın qarşısını alır. Temperaturu aşağı salır. Böyrək daşlarının müalicəsində istifadə olunur.
Nar
Narın qabığı bağırsaqların parazitlərdən təmizlənməsinə kömək edir. İshala qarşı faydalıdır. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə – yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.
Limon
Limon qabığı C vitamini ilə zəngindir. Bakteriyaları öldürür. Ürək-damar sistemini nizamlayır. Yumurtalıq və dəri xərçənglərinin qarşısını alır. Qaraciyər və öd kisəsi üçün faydalıdır.
Portağal
Portağal qabığı sellüliti aradan qaldırır. Qırışların aradan qaldırılmasına kömək edir. Ultrabənövşəyi şüaların ən böyük düşmənidir.
Xiyar
Xiyar qabığında demək olar ki, kalori yoxdur. Xiyar qabığı qırışların qarşısını alır. Dəriyə qulluq etmək üçün ən yaxşı vasitədir.
Kartof
Kartofun qabığını soyduqdan sonra bişirmək 25 % C vitaminini itirmək deməkdir. Buna görə də, kartofun qabığını soymaq əvəzinə bıçaqla təmizləmək daha yaxşıdır.
Heyva
Heyva qabığı sidik yolu iltihabının qarşısını alır. İştahanı artırır. Böyrək və sidik kisəsi iltihabları üçün də faydalıdır.
Pomidor
Pomidorun qabığı xolestrolu aşağı salır. Təzyiqi nizamlayır. Ultrabənövşəyi şüalara qarşı faydalıdır.
Qarpız
Qarpız qabığı C vitamini ilə zəngindir. Dərini təmizləyir. Günəş ləkələrini aradan qaldırır. Orqanizmdəki zəhərli maddələri ifraz edir.
Kivi
Kivi qabığının başqa cür təbii antibakterial da adlandırmaq olar.
İnterpress.az