Rusiyada çoxuşaqlı analara yeni maddi dəstək veriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Tambov vilayətində 35 yaşınadək olan və üçüncü və ya daha çox uşaq dünyaya gətirən qadınlara 300 min rubl (təxm. 6 375 man) məbləğində birdəfəlik ödəniş veriləcək.
Bundan əlavə, hökumət hər bir uşaq üçün aylıq 5 min rubl (təxm. 106 man) məbləğində əlavə yardımın tətbiq olunduğunu da açıqlayıb.
Yeni təşəbbüs regionda doğum səviyyəsini artırmaq və ailələrə sosial dəstəyi gücləndirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






