Polşa qırıcıları Rusiya kəşfiyyat təyyarəsini İKİNCİ DƏFƏ ələ keçiribbackend

Polşa qırıcıları Rusiya kəşfiyyat təyyarəsini İKİNCİ DƏFƏ ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa qırıcıları Rusiya kəşfiyyat təyyarəsini ikinci dəfə qarşılayıb və nəzarətə götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyan edib.

Polşa Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində yenidən Rusiya kəşfiyyat təyyarəsini izləməyə qaldırılıb. Müdafiə naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, iki MiQ-29 tanınma siqnalları olmadan uçan İl-20-ni müşayiət edib. Polşa hava məkanı pozulmayıb.

Baş Qərargaha görə, təyyarə uçuş planı təqdim etmədən və transponderi söndürülmüş vəziyyətdə hərəkət edib.

Bu, son iki gündə ikinci belə hadisədir. Öncə də Baltikyanı beynəlxalq hava məkanında eyni tip başqa təyyarə qarşılanmışdı.

Xuraman Etibarlı

İnterpress.az