Tramp Baydeni sərt şəkildə ittiham edib.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.
O, prezident Co Baydeni sərt ifadələrlə ittiham edib. Tramp onu “cinayətkar”, “uğursuz” və “daxildən də, xaricdən də çirkin” adlandırıb.
Prezident həmçinin bildirib ki, Baydenlə qarşılaşdıqdan sonra onu “əzmişdi” və indi onun əzabını “zövqlə izləyir”.
Bu açıqlama Trampın siyasət meydanında Baydenə qarşı kəskin ritorikasını bir daha ortaya qoyur.
Ekspertlər və siyasətçilər Trampın sözlərini son dərəcə sərt və qeyri-adi hesab edir, bəzi media orqanları bunu ağır şəxsi hücum kimi qiymətləndirir.
ABŞ siyasət dairələrində bu açıqlamanın rezonansı hələ də davam edir.

Xuraman Etibarlı
İnterpress.az






