Hayk Babayan Ermənistanın polis qüvvələrinin komandanı vəzifəsindən çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistan prezidenti Hayk Babayanı Polis Qoşunlarının komandanı vəzifəsindən azad edib.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Babayan artıq bu vəzifəni icra etməyəcək.
Qərarın səbəbləri barədə rəsmi məlumat verilməsə də, ekspertlər bunu ölkənin hüquq-mühafizə orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqələndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






