Böyük Britaniyada İSLAMOFOBİYA: “Müsəlman olduğum üçün mağazada mənə xidmət etmədilər”backend

Böyük Britaniyada İSLAMOFOBİYA: “Müsəlman olduğum üçün mağazada mənə xidmət etmədilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlman olduğum üçün mağazada mənə xidmət etmədilər.

İnterpress.az xəbər verir ki, bunu Böyük Britaniya hökumətinin İslamofobiya ilə mübarizə üzrə tərəfdaşı olan British Muslim Trust təşkilatının rəhbəri Akila Əhməd deyib. Akila müsəlmanlara qarşı artan ayrı-seçkilik və “mikroaqressiyalar” barədə danışıb.

O bildirib ki, mağazada yalnız müsəlman olduğuna görə ona xidmət göstərilməyib və bu hal cəmiyyətdəki gizli islamofobiyanı nümayiş etdirir.

British Muslim Trust hökumətin dəstəyi ilə nifrət cinayətləri barədə telefon və onlayn məlumat xidməti yaradıb.

Əhmədin sözlərinə görə, sosial mediada yayılan nifrət danışıqları real həyatda müsəlmanlara qarşı təzyiqləri artırır.

O, xüsusilə Bradford və Böyük Mançester kimi bölgələrdə müsəlman icmalarının uzun illərdir davam edən nifrət hallarından yorulduğunu deyib:

“Müsəlmanlar asan hədəfdir, çünki görünürlər. Hicablı qadınlar, müsəlman kişilər hələ də kimliklərinə görə şübhə ilə qarşılanır.”

Əhməd vurğulayıb ki, məqsədləri xüsusi imtiyaz tələb etmək deyil, sadəcə mövcud qanunların hamıya bərabər şəkildə tətbiq olunmasını təmin etməkdir.

Xuraman Etibarlı

İnterpress.az