Ermənistan Beynəlxalq Rəqəmsal Seysmoqraf Şəbəkələri Federasiyası (FDSN) platformasına qoşulub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Milli Seysmik Şəbəkəsi Rəqəmsal Seysmometr Şəbəkələrinin Beynəlxalq Federasiyasının (FDSN) platformasına daxil edilib.
Bu addım ölkənin seysmik məlumatlarının beynəlxalq səviyyədə tanınmasını və onların uzunmüddətli saxlanmasını təmin edəcək.
Məlumata görə, Ermənistanın Milli Seysmik Şəbəkəsinə aid altı stansiya yeraltı təkanların həm üfüqi, həm də şaquli komponentlərini qeydə alır, məlumatları fasiləsiz şəkildə ötürür və real vaxt rejimində beynəlxalq elmi platformalara təqdim edir.
Ekspertlər bildirirlər ki, bu addım Ermənistanın seysmoloji tədqiqat sahəsində beynəlxalq əməkdaşlığını gücləndirəcək və regiondakı zəlzələ monitorinqinin dəqiqliyini artıracaq.
Xuraman Etibarlı
İnterpress.az






