Bloqer 3 milyon manat pulu MƏNİMSƏDİ – Axtarışa VERİLİRbackend

Bloqer 3 milyon manat pulu MƏNİMSƏDİ – Axtarışa VERİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloqer Liza Miller 130 milyon rublu “yumaqda” ittiham olunur, onun barəsində axtarış elan ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İstintaq məlumatına görə, Liza Miller adı ilə tanınan Yelizaveta Batyuta 2020–2022-ci illər ərzində vergi ödəməkdən yayınaraq 130 milyon rubldan (təxm. 2 milyon 735 min man) çox vəsaiti müxtəlif maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.

Miller sosial mediada özünü “qadınlar üçün kouç”, sahibkar və klinikalar şəbəkəsinin sahibi kimi təqdim edir.

Hazırda o, Dubayda yaşayır. Moskva İstintaq Komitəsinin məlumatına əsasən, yaxın vaxtlarda ona qiyabi ittiham irəli sürüləcək və beynəlxalq axtarış elan ediləcək.

Xuraman Etibarlı

İnterpress.az