Rusiyada Qurani-Kərimi təhqir edən memlərin yayılması QADAĞAN EDİLDİbackend

Rusiyada Qurani-Kərimi təhqir edən memlərin yayılması QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Quranı təhqir edən təhqiramiz memlərin yayılması qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Preobrajenski rayon məhkəməsi Rusiyada Qurani-Kərimi təhqir edən və dini dəyərləri alçaldan memlərin yayılmasını rəsmi şəkildə qadağan edib.

Məlumata görə, söhbət prokurorluq tərəfindən iki internet resursunda aşkarlanan şəkillərdən gedir. Həmin memlərdə Qurani-Kərim təhqiramiz şəkildə təsvir olunub və alçaldıcı yazılarla müşayiət edilib.

Məhkəmənin qərarında qeyd olunur ki, bu materiallar dini etiqadlara hörmətsizlik nümayiş etdirir, cəmiyyətin mənəvi dəyərlərinə zidd məzmun daşıyır və ictimai əxlaqı pozur.

Prokurorluq həmçinin vurğulayıb ki, həmin saytlar yaş məhdudiyyəti qoymadan fəaliyyət göstərib, bu da uşaqların psixoloji sağlamlığına zərər vurma ehtimalını artırır.

Xuraman Etibarlı

İnterpress.az