Gəmi sərnişini adada ÖLÜ TAPILDI – FOTObackend

Gəmi sərnişini adada ÖLÜ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kruiz gəmisinin sərnişini adada tərk edildikdən sonra ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “AP News” yazıb.

Sidney sakini 80 yaşlı Syuzan Riz Lizard adasında enib və yürüş zamanı özünü pis hiss etdiyindən tək aşağı enib.

Gəmi təşkilatçıları tərəfindən bir neçə saat sonra yoxlanılmadan adadan ayrıldığı bildirilir.

Qadın ertəsi gün yürüş yolundan təxminən 50 metr aralıda, uçurumdan yıxılma əlamətləri ilə ölü tapılıb.

Hadisə dəniz təhlükəsizliyi orqanlarının yoxlamasına yönəldilib.

Qadının qızı şirkəti məsuliyyətsizlikdə ittiham edir.

Xuraman Etibarlı

İnterpress.az