Zavod işçisinə səhvən 7 milyon rubl (təxm. 148 min man) yeni il mükafatı köçürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Xantı-Mansiyskdə zavod işçisinə digər filialın 34 əməkdaşının maaşı yanlışlıqla göndərilib.
Şirkət pulu qaytarmağı tələb edib və təzyiq göstərib. İşçi isə ailəsi ilə başqa şəhərə köçərək, yeni avtomobil alıb və mobil nömrəsini dəyişib.
İş cinayət tərkibi olmadığına görə bağlanıb. Zavod indi vəsaiti məhkəmə yolu ilə geri almağa çalışır.

Xuraman Etibarlı
İnterpress.az






