Suriya prezidenti məmurları bahalı avtomobillərə görə tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Suriya prezidenti Əhməd əş-Şəraa öz tərəfdarlarını dəbdəbəli həyat tərzinə görə tənqid edib.
O, İdlib vilayətində keçmiş üsyançı bazasında keçirilən görüşdə çıxış edərkən, tədbirə Cadillac Escalade, Range Rover və Chevrolet Tahoe kimi bahalı avtomobillərlə gələn yüzlərlə loyal məmuru istehza ilə qarşılayıb.
“Mən bilmirdim ki, dövlət maaşları bu qədər yüksəkdir! Siz inqilabın övladları olduğunuzu unutmusanız? Bu qədər tez nəfsinizə uydunuz?”, – prezident zarafatla bildirib.
Məlumata görə, dövlət başçısı lüks avtomobillərə sahib olan məmurlardan ya açarlarını təhvil verməyi, ya da vəsaitlərinin mənşəyi ilə bağlı yoxlamaya hazırlaşmağı tələb edib.
Mənbənin bildirdiyinə görə, bir neçə nəfər bu göstərişə əməl edərək iclası tərk edib.
Xuraman Etibarlı
İnterpress.az






