Tərkib:
600 gr. sümüyü çıxarılmış toyuq əti
1 ədəd baş soğan
4 x.q. qaleta unu
1 ədəd yumurta
½ nanə yaprağı
1/4 dəstə cəfəri
½ ç.q. zirə
1 ç.q. kəklikotu
2 x.q. zeytun yağı
Duz, istiot
Hazırlanması:
Toyuq əti yağsız olduğu üçün şəklə salınmadan öncə əllərinizi yağa bulayın, bişirmə əsnasında yağ istifadə etməyin.
Küftələri yağlı kağız salınmış fornaya düzüb sobada da bişirə bilərsiniz.
Sümüksüz toyuq ətini xırda doğrayıb blenderdən keçirin.
Qiymənin üzərinə yumurta, qaleta unu, zirə, kəkotu, duz və istiot əlavə edin.
Baş soğan, cəfəri və nanə yarpaqlarını iri şəkildə şəkildə doğrayıb blenderdən keçirin.
Qarışığı qiyməyə qatıb yaxşıca yoğurun.
Əllərinizi yağa batırıb, qarışıqdan qoz boyunda parçalar qopardın və yastıladın.
Küftələri dondurucuya yerləşdirib 20 dəq. saxlayın.
Küftələr yağsız tavada yüksək odda rəng alanadək qızardın.
İsti-isti servis edin.
İnterpress.az