Gürcüstan Konstitusiya Məhkəməsi üç müxalifət partiyasının qadağan olunması ilə bağlı iddianı qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə gercü mediası məlumat yayıb.
Gürcüstan Konstitusiya Məhkəməsi parlamentin üç müxalifət partiyasının fəaliyyətinin qadağan olunması barədə iddiasını icraata götürüb.
İddiaya hakim “Gürcü Arzusu” partiyasından 88 deputat imza atıb.
Məhkəmə prosesinin doqquz aya qədər davam edəcəyi bildirilir.
Hakim partiya “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Uğrunda Koalisiya” və “Güclü Gürcüstan – Lelo” partiyalarını konstitusiya quruluşunu devirməyə cəhd və ölkənin müstəqilliyinə təhdiddə ittiham edir.
Əgər partiyalar konstitusiyaya zidd elan edilərsə, onların qeydiyyatı ləğv olunacaq və üzvlərinə siyasi fəaliyyətdə iştirak qadağan ediləcək.
Xuraman Etibarlı
İnterpress.az






