Kafedə QƏTL: Qız həmkarını BIÇAQLADI – FOTObackend

Kafedə QƏTL: Qız həmkarını BIÇAQLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda 20 yaşlı qadın kafedə bıçaqlanaraq öldürülüb.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, qətl kafedə mübahisə zamanı baş verib.

Bağcılar rayonunda 20 yaşlı Havin Taşçı əvvəl çalışdığı kafeyə gəlib.

Sifariş verdikdən sonra o, keçmiş həmkarı Şeymanur Ş. ilə mübahisə edib.

Şeymanur Ş. Havin Taşçını sinə və ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

19 yaşlı şübhəli həbs olunub. İstintaq aparılır.

Xuraman Etibarlı

İnterpress.az