Salome Zurabişvili: Gürcüstan Rusiyanın yolu ilə gedirbackend

Salome Zurabişvili: Gürcüstan Rusiyanın yolu ilə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan təkcə Rusiyanın əlinə keçməklə kifayətlənmir, həm də Rusiya təcrübələrini təkrarlayır.

İnterpress.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili deyib. O, hökuməti Rusiyanın idarəçilik modelini təqlid etməkdə ittiham edib.

Onun sözlərinə görə, ölkədə yüksək səviyyəli korrupsiya, siyasi təqiblər və azadlıqların məhdudlaşdırılması artıq sistemli hal alıb:

“Gürcüstan təkcə Rusiyanın əlinə keçmir, həm də onun idarəçilik təcrübəsini təkrarlayır — yüksək səviyyədə korrupsiya, onlarla məmurun iştirakı, partiyaların və QHT-lərin qadağan olunması, saxta “peyk” partiyaların yaradılması, repressiv qanunlar və siyasi təzyiqlər.”

Zurabişvili qeyd edib ki, paytaxt Tbilisidə etiraz aksiyaları artıq 341 gündür fasiləsiz davam edir və hər gün yeni həbslər baş verir:

“İnsanları sadəcə səkidə dayanmağa və ya maska taxmağa görə saxlayırlar. Təkrar “pozuntu” bir ilədək həbs cəzası ilə cəzalandırılır. Məqsəd bir dənədir — xalqın səsini boğmaq.”

Sabiq prezident beynəlxalq ictimaiyyəti Gürcüstandakı vəziyyətə diqqət yetirməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az