Kinoteatrda uşaqlar üçün seansda FACİƏ – 32 nəfərin GÖZÜ YANDIbackend

Kinoteatrda uşaqlar üçün seansda FACİƏ – 32 nəfərin GÖZÜ YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kinoteatrda 20 uşaq da daxil olmaqla 32 nəfər göz yanığı alıb.

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Xakasiyanın Abakan şəhərində yerləşən “Nautilus” kinoteatrında ciddi hadisə baş verib.

“Papinı doçki” filminin nümayişi zamanı kinoteatr əməkdaşlarından biri dezinfeksiya məqsədilə istifadə olunan kvars lampalarını söndürməyi unudub.

Bu səbəbdən seans boyu zalda güclü ultrabənövşəyi şüalar aktivləşib.

Nəticədə 32 tamaşaçı, onlardan 20-si uşaq olmaqla, gözün tor qişa yanığı alıb. Onlar dərhal tibbi yardım müəssisələrinə yönləndirilib.

Hadisə ilə bağlı keyfiyyətsiz xidmət göstərilməsi faktı üzrə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az