Aİ səfiri: Gürcüstan Avropa İttifaqına üzv ola bilməzbackend

Aİ səfiri: Gürcüstan Avropa İttifaqına üzv ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan 2030-cu ilə qədər, hətta daha sonra da Avropa İttifaqına üzv ola bilməz.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski jurnalistlərin sualını cavablandırarkən bildirib.

Səfir deyib ki, ölkə hazırkı kursu ilə Aİ-yə üzvlük yolunda deyil.

“Genişlənmə hesabatı tamamilə aydındır: Gürcüstan 2030-cu ilə qədər, hətta daha sonra da Aİ üzvü ola bilməz.

Demokratik geriləmə, hakimiyyət nümayəndələrinin təkrarladığı antiavropa dezinformasiyalar və əsas azadlıqların aşınması fonunda Gürcüstanın Aİ-yə üzvlüyü mümkün deyil”, – Gerçinski vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az