Qəribə SAXLANMA: Polis maşını şübhəlinin üstündən iki dəfə KEÇDİ – VİDEObackend

Qəribə SAXLANMA: Polis maşını şübhəlinin üstündən iki dəfə KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı yöndəmsiz polislər həbs zamanı şübhəlinin üstündən iki dəfə maşınla keçiblər.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Kanadada saxlanma zamanı polis əməkdaşları şübhəli şəxsi təsadüfən iki dəfə patrul avtomobili ilə vurub. Hadisə dayanacaq sahəsində polis təqibi zamanı baş verib.

Şübhəliyə əvvəlcə elektrik şok cihazı tətbiq olunub və o, yerə yıxılıb. Bu anda patrul avtomobili gözlənilmədən onun üzərinə doğru hərəkət edərək kişiyə çırpılıb.

Vəziyyəti düzəltmək istəyən digər polis əməkdaşı maşını geri idarə etməyə çalışıb, lakin bu dəfə də şübhəlinin ayağını əzib və həmkarına toxunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az