Tuvada iki avtomobilin toqquşması 5 nəfərin ölümü ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tuvan magistralında iki xarici markalı avtomobilin — “Toyota Wish” və “Toyota Voxy” — qarşı-qarşıya toqquşması nəticəsində beş nəfər hadisə yerində ölüb, daha beş nəfər yaralanıb.
Yaralılardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumatlara görə, “Toyota Wish”in sürücüsü qarşı hərəkət zolağına çıxaraq “Toyota Voxy”ə çırpılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.
Hadisə yerinə operativ xidmətlər cəlb olunub. Yol hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hazırda qurbanların şəxsiyyəti müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






