İsveçdə saxta Labubu oyuncaqlarında təhlükəli kimyəvi maddə tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İsveçdə satılan saxta Labubu kuklalarında dietilhekzilftalat adlı zərərli kimyəvi maddə aşkarlanıb.
Mütəxəssislər bildirir ki, bu maddə reproduktiv sistem üçün toksik hesab olunur və insanın fertilitetinə, həmçinin dölün inkişafına mənfi təsir göstərə bilər.
Rəsmi qurumlar valideynləri xəbərdar edərək, sözügedən kuklaların satışdan geri çağırılması üçün araşdırma başladıb.
Xüsusilə uşaq oyuncaqlarında bu maddənin istifadəsi təhlükəli olduğundan, məhsulların əldə edildiyi mənbə ilə bağlı diqqətli olmaq tövsiyə edilir.
İstintaq orqanları saxta məhsulların mənşəyini müəyyənləşdirməyə çalışır.
Xuraman Etibarlı
İnterpress.az






